“Süveyş kanalındakı hadisə insan səhvinin nəticəsidir”

197

“Süveyş kanalındakı hadisə kapitanın səhlənkarlığına görə olub”. 

“Seanews.az” xəbər verir ki, bu iddia ilə Kanalın rəhbəri Osama Rabia Yaponiya mediasına müsahibəsi zamanı çıxış edib. 

O qeyd edib ki, bunu aparılmış tədqiqatlar da sübut edir.  Süveyş kanalının losmanı da hadisənin kapitanın səhvinə görə olduğunu təsdiqləyə bilər. 

Xatırladaq ki, “Ever Given” gəmisi martın 23-də sözügedən ərazidə fırtınalı hava şəraitində saya oturaraq tıxac yaratmışdı. Altı gün davam edən tıxac nəticəsində 400-dən çox gəmi kanalda ilişib qalmışdı.

Aprelin 1-də gəminin qara qutusu istintaq aparılması üçün götürülüb. Məhkəmənin qərarı 2 ilə qədər uzana bilər. Kanalın idarəetmə müşaviri, istintaq komissiyasının rəhbəri Seyid Şeyşi bildirib ki, gəminin heyət üzvləri istintaqa yaxından köməklik edərsə, proses qısa zamanda həllini tapa bilər.

Göyərtəsində 3.5 milyard dollar dəyərində yük olan “Ever Given” gəmisi hadisənin araşdırılması və təzminatın ödənilməsinə qədər saxlanılıb. Kanal rəhbərliyi gəmi sahibindən 1 milyard dollardan çox təzminat alacağını bildirib.