Türkiyə Qara dənizdə yeni kəşfiyyat quyusunun qazılmasına başlayır

208

Türkiyənin qazma gəmisi “Fatih” Qara dənizdə yerləşən “Amasra-1” qaz yatağı istiqamətinə yollanıb.

Bu barədə “APA-Economics” “DailySabah”a istinadən məlumat verir.

Qazma gəmisi hazırda Zonquldak vulayətində yerləşən Filyos Limanından Sakarya vilayətindəki “Amasra-1” quyusu istiqamətində yoldadır.

Türkiyə Milli Neft şirkətindən bildiriblər ki, “Fatih” təyinat yerinə çatandan sonra kəşfiyyat quyusunun qazılması işlərinə başlayacaq.

Qeyd edək ki, ölkənin digər qazma gəmisi olan “Kanuni”nin də yaxın zamanlarda “Fatih”ə qoşulması gözlənilir. Yataqdan ilk qaz nəqlinin 2023-cü ildə başlaması proqnozlaşdırılır və illik qaz hasilatının 5-10 mlrd. kubmetr təşkil edəcəyi gözlənilir.