Atlantik okeanında güclü fırtına gözlənilir

244

Atlantik okeanında son 36 ilin ən güclü fırtınası gözlənilir.

“Seanews.az” xəbər verir ki, fırtına cari il iyunun 1-dən noyabrın 20-nə qədər davam edəcək.

Kolorado Ştatının Universitetinin araşdırmalarına görə, builki fırtına 1996, 2001, 2008, 2011 və 2017-ci illərdəki fırtınalardan da güclü olacaq.

Araşdırmalara görə, fırtınanın gücü saatda 178 kilometrə çatacaq.