BTQ ilə yük daşımaları 50 faiz artıb

243

2021-ci ilin birinci rübündə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə yük daşımaları 154 836 ton və ya 2 468 vaqon təşkil edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.

Onun sözlərinə görə, yük daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 50 faiz artıb.

Nazir bildirib ki, Türkiyə Gürcüstan, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Tacikistan, eləcə də Rusiya və Çinə konteyner daşımaları keçirir.

O əlavə edib ki, Türkiyə bu ilin sonunadək İranla yük daşımalarının həcmini bir milyon tonadək çatdırmaq niyyətindədir:

“Dost və qardaş ölkələr arasında əməkdaşlıq çoxsaylı layihələrin reallaşdırılmasına kömək edir. Bu nümunələrdən biri Bakı-Tbilisi-Qars dəmir yoludur”.