Ceyhan terminalından yola salınan AÇG neftinin həcmi açıqlanıb

39

Türkiyənin “BOTAŞ International Limited” (BIL) şirkəti bugünədək Ceyhan neft terminalından 3,628 milyard barel neft nəql edib.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Bugünədək terminaldan “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından neft daşıyan 4 739 tanker yola salınıb.

2021-ci ilin birinci rübündə Ceyhan neft terminalından 80 AÇG nefti daşıyan tanker və ya 57,5 milyon barel neft yola salınıb.