Ötən ay SOCAR Ukraynaya iki ölkədən aviasiya yanacağı tədarük edib

220

Bu ilin mart ayında Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkəti bu ölkəyə 2,2 min ton aviasiya yanacağı idxal edib.

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “A-95” Konsaltinq Qrupun hesabatında deyilir.

Məlumata görə, Azərbaycan şirkəti tərəfindən ölkəyə gətirliən aviasiya yanacağının 0,9 min tonu Litvadan, 1,3 min tonu isə Belarusdan tədarük edilib.

Ötən ay Litvadan ölkəyə 4,4 min ton aviasiya yanacağı idxal edilib ki, bu da 2020-ci ilin mart ayının göstəriciləri ilə müqayisədə 41 % azdır. Həmçinin, ötən ay ərzində Belarusdan Ukraynaya gətirilən aviasiya yanacağının həcmi 1,3 min ton təşkil edib ki, bu həcmlərin də hamısını “SOCAR Energy Ukraine” şirkəti tərəfindən tədarük edilib. Bu da 2021-ci ilin fevral ayının göstəriciləri ilə müqayisədə 82,7 % azdır.

Bu ilin mart ayında ümumilikdə Ukraynaya 7,3 min ton aviasiya yanacağı idxal edilib ki, bu da daha əvvəlki ilin analoji dövrü ilə müqayisədə 16,5 % azdır.

Bu ilin yanvar-mart ayları ərzində isə müxtəlif ölkələrdən Ukraynфya 18,8 min ton aviayanacaq idxal edilib ki, bu da 2020-ci ilin eyni aylarının göstəriciləri ilə müqayisədə 49 % azdır.