“Fitch” SOCAR-ın reytinqlərini təsdiq edib

202

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi SOCAR-ın emitentin uzunmüddətli və qısamüddətli defolt reytinqlərini “BB+” və “B” səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə “mənfi” saxlayıb.

“APA-Economics”in “Fitch”ə istinadən verdiyi məlumata görə, şirkətin təmin olunmamış üstün hüquqa malik reytinqi “BB+” səviyyəsində təsdiqlənib. Avtonom kredit ödəmə qabiliyyəti reytinqi isə “b+” səviyyəsində qiymətləndirilir və eyni zamanda, reytinqin bu səviyyə ilə məhdudlaşması SOCAR-ın yüksək levereci ilə bağlı olduğu bildirilir.

Agentlik qeyd edir ki, SOCAR tamamilə dövlətə məxsusdur və reytinqi Azərbaycanla bərabərləşdirilib. Bunun əsasını şirkətə maliyyə zəmanətləri, nağd vəsait, kapital qoyuluşu şəklində verilən dövlət dəstəyi, həmçinin SOCAR-ın sosial funksiyaları və neft və qaz layihələrinin inkişafında dövlətin əsas lokomotivi kimi əhəmiyyəti təşkil edir.