Çavuşoğlu: ““İstanbul kanalı” layihəsinin “Montrö sazişi” ilə heç bir əlaqəsi yoxdur”

244

“İstanbul kanalı” layihəsinin Türkiyə Prezidentinin də dediyi kimi, “Montrö boğazları sazişi” ilə heç bir əlaqəsi yoxdur”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində deyib.

O bildirib ki, Qara dənizdə sahilyanı dövlətlərin, o cümlədən Rusiyanın və ya başqa bir ölkənin bu məsələdə Türkiyəni sorğu-sual etməsi müzakirə predmeti deyil: “Sərhədyanı ölkələr və ya başqa bir ölkə aradabir dostcasına “Montrö sazişi”nin tətbiq olunub-olunmamasını soruşduqda, biz tətbiq etdiyimizə dair cavab veriririk”.

M. Çavuşoğlu qeyd edib ki, gəmilərin həm Çanaqqala, həm də İstanbul boğazından keçməsi tənzimlənib, hazırda gəmilər boğazlardan ödənişsiz keçir: “Lakin “İstanbul kanalı” layihəsi reallaşdıqdan sonra ticarət gəmilərinin boğazlardan ödənişli keçməsi “Montrö sazişi”nin tələblərini heç bir halda pozmayacaq”.