Azərbaycanda dəniz nəqliyyatı ilə yük və sərnişin daşımaları azalıb

413

Azərbaycanda dəniz nəqliyyatı ilə bu ilin yanvar-mart aylarında daşınan yüklərin həcmi 1 483,0 min ton təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,1% azdır.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yüklərin 43,1%-ni neft yükləri təşkil edib.

Dəniz limanları tərəfindən 2 328,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 2 245,0 min tonunu və ya 96,4%-ni tranzit yüklər təşkil edib.

2021-ci il aprel ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 59 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2020-ci ilin müvafiq dövrünə nisbətən 34,7% azalaraq 3,2 min nəfər olub.