Azərbaycanda bu il qaz hasilatının əsas artımı “Şahdəniz” yatağının payına düşəcək

262

Bu il Azərbaycanda qaz hasilatının əsas artımı əvvəlki illərdə olduğu kimi, xarici konsorsiumla birgə işlənən “Şahdəniz” yatağının payına düşəcək.

Bunu Trend-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, 2021-ci ildə hasilat artımı, həmçinin SOCAR-ın operatoru olduğu yataqların, xüsusilə də “Ümid” yatağının payına düşəcək.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu 2021-ci ildə Azərabaycanda təbii qaz hasilatının 0,67 milyon barel/sutkayadək artacağını proqnozlaşdırır.