TRACECA-nın Azərbaycan hissəsində 6,6 milyon ton yük daşınıb

271

Cari ilin yanvar-fevral aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 6,6 milyon ton, yük dövriyyəsi isə 1 milyard 562,9 milyon ton-kilometr olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 3 milyon 707,4 min tonu və ya 55,9 faizi avtomobil nəqliyyatı, 2 milyon 215,2 min tonu və ya 33,4 faizi dəmir yolu nəqliyyatı, 714 min tonu və ya 10,7 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 22,8 faizini və ya 1 milyon 510 min tonunu tranzit yüklər təşkil edib.