Ələt AİZ-də dövlət büdcəsinə ödənişlərlə bağlı istisna hal müəyyən edilir

233

Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Azad İqtisadi Zonada (AİZ) dövlət büdcəsinə ödənişlərlə bağlı istisna halın müəyyən edilməsi təklif olunur.

“Report” xəbər verir ki, bu, “Ələt Azad İqtisadi Zonası haqqında” qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Layihəyə əsasən, AİZ-ə gətirilən və buradan aparılan mallara, nəqliyyat vasitələrinə, işlərə və xidmətlərə görə gömrük rəsmiləşdirilməsi müqabilində ödənilən yığımlardan başqa heç bir ödənişlər, o cümlədən vergilər tətbiq edilməyəcək. Hazırda qüvvədə olan qanunda, gömrük rəsmiləşdirilməsi müqabilində ödənilən yığım istisna hal kimi müəyyən edilməyib.