Dəniz quldurları konteyner gəmisinə hücum edib

316

“CONTSHIP NEW” adlı konteyner gəmisi Qvineya körfəzində üzərkən dəniz quldurlarının hücumuna məruz qalıb.

“Seanews.az” xəbər verir ki, hadisə aprelin 23-də San-Tome adasının şimal-qərb istiqamətində qeydə alınıb.

Aprelin 22-də Ovendodan səfərə çıxan gəmi Lomeyə istiqamət almışdı.

Hadisələrin təfərrüatları hazırda məlum deyil.