Martda dəniz nəqliyyatı ilə 19,1 milyon dollarlıq yük daşınıb

226

Martda dəniz nəqliyyatı ilə ümumilikdə 30 min 26 ton yük daşınıb ki, bu yüklərin dəyəri 19,1 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən ay dəniz nəqliyyatı ilə ixrac edilən 17,8 min ton yükün dəyəri 7,7 milyon dollar olub. Bu nəqliyyat növü ilə idxal olunan yüklərin həcmi 12 min 182 ton, dəyəri isə 11,4 milyon dollar təşkil edib.