Vətən müharibəsinin qalib dənizçisi Rüfət Bağırov – VİDEO

245

Müzəfər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun yazdığı zəfər salnaməsində ASCO-nun Xəzər Dəniz Neft Donanmasında kapitanın III köməkçisi vəzifəsində çalışan Rüfət Bağırovun da payı var.

Rüfət Bağırov deyir ki, 2020-ci il onun üçün xeyli əlamətdar olub. İlk növbədə illərlə həsrətində olduğumuz Qarabağ torpağına qədəm qoyub və Vətən müharibəsindən qalib kimi ayırılıb. Digər tərəfdən isə, o, ötən il Xəzər Dəniz Neft Donanması üzrə “Ən yaxşı matros” adına layiq görülüb. Qısa müddət sonra isə kapitanın III köməkçisi vəzifəsinə yüksəlib.

Gənc həmkarımıza Vətən müharibəsindəki qəhrəmanlıqlarına görə təşəkkürümüzü bildirir, ona cansağlığı, işlərində uğurlar arzulayırıq.