Yaponiya, ABŞ və Fransa iki okeanda birgə hərbi təlim keçirəcək

610

Yaponiya, ABŞ və Fransa mayın 11-dən 17-dək birgə təlimlər keçirəcək.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın müdafiə qüvvələrinin başçısı Kişi Nobuo məlumat verib.

Onun sözlərinə görə, ölkənin cənub-qərbindəki Kyuşuda ilk dəfə bu üç dövlətin quru qoşunları iri miqyaslı ortaq hərbi təlim keçirəcək: “Uzaqda yerləşən adaların qorunması çərçivəsində Yaponiya, ABŞ və Fransa arasında əməkdaşlığı gücləndirərək ölkəmizin Özünü Müdafiə Qüvvələrinin taktik və döyüş qabiliyyətini gücləndirməyi hədəfləyirik”.

Məlumata görə, təlimlərin Hind və Sakit okeanın cənub bölgələrindəki quru sahələrdə keçiriləcəyi gözlənilir.