Böyük Britaniya Rusiyanın Qara dənizdəki hegemonluğuna meydan oxuyacaq

253

Böyük Britaniyanın Kral Donanması Rusiyanın Qara dənizdəki hegemonluğuna meydan oxuyacaq.

Bu barədə “RİA Novosti” “Express” nəşrinə istinadən məlumat yayıb.

Məlumata əsasən, Britaniya Hərbi Dəniz Qüvvələrinin “Kraliça Yelizaveta” aviadaşıyıcı gəmisinin başçılıq etdiyi zərbə qrupu ölkə xaricində ilk əməliyyatına hazırlaşır.

Qrupa daxil olan iki gəmi Qara Dənizə daxil olacaq, aviadaşıyıcı isə Aralıq dənizində onların müdafiəsi üçün lövbər salacaq.

Qeyd edək ki, “Kraliça Yelizaveta” səkkiz ədəd F-35B qırıcısı ilə təchiz olunub. Zərbə qrupunun tərkibinə altı donanma gəmisi, “Tomahawk” qanadlı raketləri ilə silahlanmış bir sualtı qayıq, 14 hərbi helikopter və dəniz piyadaları bölüyü daxildir.