BP-də 2 425 nəfər Azərbaycan vətəndaşı çalışır

223
{"source_sid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1619704767040","subsource":"done_button","uid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1619704767015","source":"other","origin":"gallery"}

Bu ilin birinci rübün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 425 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkəti I rüb üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Məlumata görə, bu, 2020-ci ilin birinci üç ayının göstəriciləri ilə müqayisədə 92 nəfər və ya 3,66 % azdır.

2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 %-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100 % yerli vətəndaşlardan ibarətdir.

BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.

Xatırladaq ki, 2020-ci ilin birinci rübünün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 517 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.