SOCAR-la BP “sıfır tullantı” mövzusunda tədbir keçirib

237
{"source_sid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1619708469265","subsource":"done_button","uid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1619708469234","source":"other","origin":"gallery"}

Aprelin 28-də onlayn formatda “SOCAR–BP “sıfır tullantı” mövzusunda dəyirmi masa keçirilib

AZƏRTAC xəbər verir ki, onlayn formatda keçirilən dəyirmi masada SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkətin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə, BP-nin London ofisinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz və başqaları iştirak ediblər.

Dəyirmi masada çıxış edən SOCAR-ın prezidenti R.Abdullayev qlobal iqlim dəyişikliyi, qlobal istiləşmə, karbon emissiyalarının yüksəlməsi problemlərindən bəhs edərək deyib: “Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına və müxtəlif dövlət proqramlarına uyğun olaraq SOCAR fəaliyyət sahələrində daim ətraf mühitin mühafizəsi məsələlərinə həssaslıqla yanaşır. Biz SOCAR ailəsi olaraq artıq hasilatda səmt qazı emissiyalarını 2 faizə qədər azaltmağa nail olmuşuq və 2022-ci ildə sıfır hədəfinə nail olmaq istiqamətində çalışırıq. SOCAR, eyni zamanda, BP şirkətinin 2020-ci il fevralın 12-də elan etdiyi 2050-ci ilədək və ya daha tez bir müddətdə “sıfır karbon hədəfinə çatmış şirkət” hədəfini yüksək qiymətləndirir və bu istiqamətdə dost şirkətə zəruri dəstək göstərməyə hazır olduğunu bəyan edir”.

SOCAR-ın ekologiya üzrə vitse-prezidenti R.Hüseynzadə öz çıxışında ətraf mühitin mühafizəsi istiqamətində SOCAR-BP iş birliyinin uğurlarından söz açaraq görülən işlərin, əldə olunan müsbət nəticələrin gələcəkdə də davam etdiriləcəyini, bunun da öz növbəsində ətraf mühitin qorunmasında töhfə verəcəyini bildirib.

Sonra dəyirmi masada SOCAR və BP-nin sıfır tullantı hədəfində əldə etdiyi nailiyyətlər, monitorinq, verifikasiya, həvəsləndirmə metodlarında təcrübə mübadiləsi və əldə olunmuş nəticələrin dayanıqlılığının təmin edilməsində texnologiyanın rolundan söhbət açılmışdır. Həmçinin hər iki şirkət tərəfindən emissiyanın azaldılması, sıfır tullantı hədəfi üçün qısa və uzunmüddətli dövrdə planlaşdırılan layihələrdən bəhs edilmişdir. Metanın ölçülməsi, elektrifikasiya və dekarbonizasiya layihələri ətrafında müzakirələr aparılıb. Vurğulanıb ki, SOCAR-BP tandemi digər beynəlxalq neft-qaz şirkətləri ilə birgə həyata keçiriləcək ekoloji layihələrin təkanverici qüvvəsi olacaq.