Ukrayna hərbi dəniz qüvvələri “Bayraktar”dan istifadəyə hazırlaşır

342

Ukraynanın hərbi dəniz qüvvələri bu il “Bayraktar” pilotsuz uçuş aparatının ilk partiyasını alacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Ukrayna 30. Təhlükəsizlik ölkə” adlı forumda çıxışı zamanı Ukraynanın Hərbi Dəniz Qüvvələri komandanı, kontr-admiral Aleksey Neijpapa məlumat verib.

Onun sözlərinə görə, “Bayraktar” pilotsuz uçuş aparatları Qara və Azov dənizlərinin təhlükəsizliyi üçün istifadə ediləcək.

“Biz gələcəkdə Ukrayna hərbi dəniz qüvvələri üçün pilotsuz uçuş aparatlarından daha çox istifadəyə diqqət ayıracağıq”, – deyə Aleksey Neijpapa əlavə edib.