İsveçin Vasteras şəhərindəki göldə fəaliyyət göstərən sualtı kiçik mehmanxana qeyri-adi istirahət həvəskarları üçün nəzərdə tutulub.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, dəbdəbəli bahalı otellərdə dincələ bilməyən sualtı macəra pərəstişkarları təhlükəsiz şəkildə kayuta tipli mehmanxanaya gedə bilərlər.
Ənənəvi isveç stilində yaradılmış mehmanxana-kayuta yalnız yataq otağından ibarətdir. Buraya uzunluğu 3 metr olan quyu ilə düşmək mümkündür.
Kayutada 2 günlük istirahət 500 dollara başa gəlir.