Xəzərdə qazma qurğusunun modernləşdirilməsi başa çatıb

215

Xəzər dənizində BP şirkətinin layihəsi üçün nəzərdə tutulmuş “Satti” qazma qurğusunun modernləşdirilməsi başa çatıb.

Bu barədə Trend-ə “Caspian Drilling Company” şirkətindən bildiriblər.

Qeyd olunub ki, hazırda buraxılışla bağlı işlər və müxtəlif sınaqlar keçirilir.

Xatırladaq ki, Azərbaycanın “Caspian Drilling Company” və Qazaxıstanın “KazMunayQaz” şirkətləri “Satti” qaldırıcı üzən qazma qurğusunun öhdəliyə verilməsi barədə 2019-cu ilin iyununda müqavilə imzalayıb.

“Satti” qurğusu Xəzər dənizində 80 metr dərinlikdə qazma işlərinin aparılması üçün nəzərdə tutulub.