Azərbaycan kimya məhsullarının ixrac həcmi təxminən 6 dəfə azalıb

212

Azərbaycan 2021-ci ilin yanvar-aprel aylarında 22 min 427,84 ton kimya məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 5,7 dəfə azdır. 

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

“2021-ci ilin yanvar-aprel aylarında Azərbaycandan $13 milyon 131,6 min məbləğində kimya məhsulları (azalma 2 dəfə) ixrac edilib. Hesabat dövründə ixracın ümumi həcmində kimya məhsullarının payı 0,21%, qeyri-neft ixracının strukturunda 1,88% təşkil edib”, – DGK-dən bildirilir.

Cari ilin yanvar-aprel aylarında Azərbaycan $1 milyon 865,1 min dəyərində (azalma 3,9 dəfə) 11 min 285,2 ton azot gübrələri (“SOCAR Carbamide” zavodunda istehsal edilir) ixrac edib (azalma 4,5 dəfə) . Hesabat dövründə ixracın ümumi həcmində gübrələrin payı 0,03%, qeyri-neft ixracının strukturunda 0,27% təşkil edib.