İçərisində qeyri-leqal miqrantların olduğu qayığın Aralıq dənizində batması nəticəsində 57 nəfər ölüb

257

Liviya sahillərində Tunisdən Aralıq dənizi ilə İtaliyaya yollanan qeyri-leqal miqrantları daşıyan qayığın batması nəticəsində 57 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, Tunisin Qırmızı Aypara Komitəsi 33 miqrantın cəsədinin tapıldığını, digərlərinin axtarışlarının davam etdiyini bildirib.

Tunisin sahil mühafizə xidmətinin məlumatına görə, bir gün əvvəl bu ölkənin sahillərində daha 60 qeyri-leqal miqrant batıb. BMT-nin yaydığı hesabatda qeyd edilib ki, bu il Tunis və Əlcəzairdən 23 min 500 qanunsuz miqrant dəniz yolu ilə İtaliya və İspaniyaya yollanıb. Onlardan 633 nəfəri həlak olub.