Bu ilin I rübündə qlobal ticarət dövriyyəsinin həcmi illik müqayisədə 10% artıb. Bu da rekord hesab olunur.
Bu barədə “APA-Economics” BMT-nin Ticarət və İnkişaf üzrə Konfransına (UNCTAD) istinadən xəbər verir.
Məlumata görə, ticarət dövriyyəsi rüblük müqayisədə 4% artıb.
Proqnozlara gəldikdə, UNCTAD-a görə, ticarət dövriyyəsinin bərpası 2021-ci ilin II rübündə də davam edəcək və dəyəri 6,6 trln. ABŞ dollarına çatacaq
UNCTAD 2021-ci ildə qlobal ticarət dövriyyəsinin dəyərinin təxminən 16% artacağını proqnozlaşdırır. Müsbət perspektivin əsasən pandemiya iləbağlı tətbiq edildiyi məhdudiyyətlərdən, əmtəə qiymətlərindəki davamlı müsbət tendensiyalardan, proteksionist siyasətindəki ümumi məhdudiyyətlərdən və əlverişli makroiqtisadi və maliyyə şərtlərindən asılı olduğu vurğulanır.