Azərbaycanda dəniz nəqliyyatı ilə bu il 2 mln. tona yaxın yük daşınıb

233

Azərbaycanda dəniz nəqliyyatı ilə 2021-ci ilin yanvar-aprel aylarında daşınmış yüklərin həcmi 1 994,7 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 2% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yüklərin 42,5%-i neft yükləri təşkil edib.

Məlumata görə, dəniz limanları tərəfindən 3 159,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 3 042,1 min tonunu və ya 96,3%-i tranzit yüklər təşkil edib. 2021-ci il may ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 78,4 min ton olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2020-ci ilin müvafiq dövrünə nisbətən 25,9% azalaraq 4,3 min nəfər olub.