Konteyner gəmisinə külək turbini quraşdırılacaq

246

Beynəlxalq Təsnifat Bürosu  “Veritas” LNG ilə işləyən konteyner gəmisinə “Trade Winds 2500” külək turbinlərinin quraşdırılması layihəsini təsdiqləyib.

“Seanews.az” xəbər verir ki, “Oceanwings” adlanan yeni qurğuya altı qatlana bilən yelkən və LNG ilə çalışan turbin daxildir.

Yeni sistemin quraşdırılmasında əsas məqsəd tullantıların maksimal dərəcədə azaldılmasıdır. Bu qurğunun istismarı zamanı tullantıların 57%-i yelkənlərin, 43%-i isə LNG yanacağın hesabına azalacaq.

Konteyner gəmisinin uzunluğu 197, eni 32 metr, dedveyti 32.5 min ton, tutumu isə 2.5 min TEU-ya bərabərdir. Gəminin Avropada, Mərkəzi Amerikada, Çində ticarət səfərlərində istismarı planlaşdırılır.