Okeanları zibildən təmizləyən üzən stansiya

423

Bəşəriyyətin qlobal problemləri dizaynerləri də daim düşündürür.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, Londondakı “Zaha Hadid Architects” studiyasının aparıcı dizayneri slovakiyalı mütəxəssis Lenka Petrakova tərəfindən hazırlanmış “8-ci qitə” konsepsiyası dünya okeanının sularını zibil və plastikdən təmizləmək məqsədini daşıyır. Dizayner plastik yığıb təkrar emal edə bilən üzən bir tədqiqat stansiyası konsepsiyasını təklif edib. Bu üzən tədqiqat stansiyası həm də futuristik formaları ilə insanı heyran qoyur.

Plastik şüşə və qablar çoxdan bəşəriyyətin baş ağrısına çevrilib. Belə ki, hər il 8 milyon tondan çox plastik çaylara, dənizlərə və okeanlara düşür və bu da yalnız adaların deyil, həm də nəhəng zibil qitələrinin yaranmasına səbəb olur. Üzən stansiya günəşin, suyun və küləyin enerjisi ilə hərəkət edə bilir.

Layihə Milli Memarlıq Mükafatına layiq görülüb.