Daha iki ixracat yük qatarı Türkiyədən Çinə yola düşüb

212

Daha iki ixracat yük qatarı Türkiyədən Çinə yola düşüb.

“APA-Economics” “Anadolu”ya istinadən xəbər verir ki, 41 konteynerdən ibarət qatarlar (2250 ton melaminlə örtülmüş taxta yonqarlı piltə) iki həftə ərzində Gürcüstan, Azərbaycan, Xəzər dənizi və Qazaxıstandan Çinin Sian şəhərinə 8693 kilometr məsafə qət edəcək.

“Pasifik Eurasia”nın logistik şöbəsinin müdiri Alper Taylanın sözlərinə görə, qatarlar təyinat nöqtəsinə təxminən 12 gündə çatacaq.

“Bakı-Tbilisi-Qars dəmir yolu, Asiya ilə Avropa arasında yüklərin daşınması üçün ən sərfəli marşrutdur. Hədəfimiz Türkiyə-Çin-Türkiyə marşrutu üzrə dəmir yolu reyslərinin sayını ildə 1500-ə çatdırmaqdır”, – deyə A. Taylan qeyd edib.