SOCAR “Rosneft”in maye qazının Ukraynaya tədarükünə başlayıb

314

Ukraynanın “Avantaj” şirkəti Rusiyanın “Rosneft” neft-qaz şirkətinin istehsalı olan mayeləşdirilmiş neft qazının (LPG) ilk partiyasının tədarükünü gözləyir.

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə bazar iştirakçıları məlumat veriblər.

Xatırladaq ki, “Rosneft” şirkətinin tədarük edəcəyi məhsulun operatoru Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Rosneft” şirkətinin birgə təsis etdikləri “SOCAR New Enegry” şirkəti çıxış edir.

Daha önçə bildirilib ki, SOCAR-ın TERM müqavilələri üzrə ilk mayeləşdirilmiş neft qazı tədarükü 2021-ci ilin iyul ayından təklif edilə bilər. İlk belə müqavilənin orta dəyəri “Argus daf Brest” kotirovkası üzrə aylıq hər ton üçün 25 ABŞ dolları təşkil edə bilər. “SOCAR New Enegry” “Rosneft” şirkətinin avtomobil qazının spot partiyalarını may və iyun aylarında ortalama “daf Brest” kotirovkası üzrə hər ton üçün 40 ABŞ dolları dəyərində satışını təklif edir.

Xatırladaq ki, “SOCAR New Enegry” “Rosneft”in istehsalı olan dizel yanacağının Ukraynaya ilk tədarükünü həyata keçirib. OKKO şirkətinə tədarük edilmiş yanacağın həcmi 2 min ton təşkil edib.

Qeyd edək ki, SOCAR qrupuna aid olan “SOCAR Trading” şirkəti Rusiyanın “Rosneft” dövlət neft şirkətinin Ukraynaya neft məhsullarının ixracında operator qismində iştirak edəcək. Mənbənin məlumatına görə, may ayı üçün yeni operatorun kvotası 100 min tondan artıq dizel yanacağı və 12 min ton sıxılmış qaz təşkil edir.