İstanbul körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır

327

28 May – Respublika Günü münasibətilə Türkiyənin İstanbul şəhərinin rəmzlərindən olan və iki qitəni birləşdirən körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır.

“Report”un yerli bürosu xəbər verir ki, tədbir Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü ilə baş tutub.

Dünyanın ən böyük meqapolislərindən olan “Fatih Sultan Mehmet” və “Yavuz Sultan Səlim” körpüləri Azərbaycan bayrağının rənglərinə bürünüb.