Mübariz Mənsimovun yaxta limanını kim, necə ələ keçirdi? – ARAŞDIRMA

738

DenizXeber.az  xəbər verir ki, Moderator.az bu yazıda “Palmali” Holdinqə məxsus Bodrum Yalıkavakdakı “Palmarina” yaxta limanının kim tərəfindən necə ələ keçirildiyini araşdırıb.
“Palmali” Şirkətlər Qrupunun Prezidenti Mübariz Mənsimov Türkiyədə Profilo Holdinqin sahibi Cefi Kemhidən 2011-ci ildə 42 milyon dollara satın aldığı Bodrum Yalıkavak yaxta limanına (rəsmi adı, Bodrum Yalıkavak Turizm və Yat Limanı Yatırımları və Ticarət Anonim Şirkəti) 100 milyon dollar əlavə investisiya qoyaraq 2013-cü ilin iyununda “Palmarina” limanını genişləndirib istifadəyə verdi. Limanın yaxta tutumu 2 dəfə artırılaraq 710 yaxtaya çıxarıldı.

https://www.youtube.com/watch?v=MRiCTK7Jyzw
https://www.panoramicvillas.com/blog/yalikavak-palmarina-development/
“Palmarina”nın açılış mərasimində o dövrdə Türkiyənin Baş naziri olan Rəcəb Tayyib Erdoğanın iştirakı planlaşdırılsa da, Gəzi iğtişaşlarına görə təxirə salındı. Lüks markalara ev sahibliyi edən liman qısa müddətdə Türkiyənin və dünyanın ən varlı iş adamlarının istirahət məkanına çevrildi. “Palmarina”nın CEO-su Levent Baktır açılış mərasimində mətbuata açıqlamasında limanın ilin bütün fəsillərində fəaliyyət göstərəcəyini bildirmişdi.
http://www.radikal.com.tr/yazarlar/jale-ozgenturk/yalikavak-marina-jet-seti-bekliyor-1138745/
http://www.turksail.com/genel-haberler/9662-palmarina-avrupaya-meydan-okuyor
9 may 2014-cü ildə “Palmarina”nın rəhbərliyinə Tolqa Ağar gətirildi. Daha sonra Tolqa Ağar Palmali Otel İşletmeleri Yatırım Turizm Limited şirkətinin müşahidə şurasının üzvü təyin edildi.
2015-ci ildə SOCAR-ın “Palmarina” limanını satın almaq üçün “Palmali” ilə görüşdüyünə dair xəbərlər mediada yayıldı.

https://www.finansgundem.com/haber/yalikavak-marinaya-socar-talip/453114
Ancaq limanın SOCAR-a satışı baş tutmadı. Çünki “Palmali” Holdinqə aid “Palmarina”nın CEO-su Tolqa Ağar atası, Türkiyənin keçmiş Baş Polis İdarəsinin rəisi Mehmet Ağar ilə birlikdə, Mübariz Mənsimovun Bodrumdakı yaxta limanını və otelini ələ keçirmək üçün plan qurmuşdu. Tolqa Ağar “Palmali” Şirkətlər Qrupunun CEO-su Alaattin Aytaç və “Palmali”də yüksək vəzifəli işçilərlə əlbir olub Mübariz Mənsimovu yanıltaraq, dəyərindən dəfələrlə ucuz qiymətə “Palmarina” limanının və eyni adlı otelin Ağar ailəsinə satışını həyata keçirdi. Türkiyə Ticarət qəzetinin reyestr məlumatlarına görə, 4 fevral 2016-cı il tarixində Palmali Otel İşletmeleri Yatırım Turizm Limited şirkətinin səhmləri Maltada qurulan Palmarina Holdinqə satılıb. Beləliklə, Tolqa Ağar və atasının planı baş tutdu.
https://www.ticaretsicil.gov.tr/tmp_gazete/d0ec509c-bf14-11e9-bcf4-54171cd56113.pdf
Mübariz Mənsimov işçiləri tərəfindən ona qarşı edilmiş dələduzluq faktından xəbər tutub, satışın ləğv edilməsi və saxtakarlığa yol vermiş işçilərin cəzalandırılması üçün məhkəməyə müraciət etdi. Mübariz Mənsimov, ona külli miqdarda ziyan vurmuş Alaattin Aytaçı və onunla əlbir olan digəri işçiləri – Mehmet Erçil ve Fatih Berberi işdən azad etdi. Dələduzluq faktı ilə əlaqədər “Palmali”nin keçmiş işçilərinin məhkəmə prosesi davam edir.
https://www.patronlardunyasi.com/haber/Mubariz-Mansimov-eski-CEO-nun-pesini-birakmiyor/187493
https://www.patronlardunyasi.com/haber/Palmali-Grup-ta-Iki-numara-icin-zimmet-suclamasi/185629
Bundan əlavə, “Palmarina”nın satışı ilə bağlı Mübariz Mənsimov və limanın yeni sahibləri Malta qeydiyyatlı Palmarina Holdinq (yeni adı Yalıkavak Holdinq) və Sinqapur qeydiyyatlı RSR Holdinq arasında məhkəmə prosesi də davam edir. Bodrum 4. Asliye Hüquq Məhkəməsinə təqdim edilən ərizədə, Palmali Holdinqin dələduz işçiləri tərəfindən, Mübariz Mənsimovun 150 milyon dollara yaxın yatırım etdiyi “Palmarina”nın səhmləri üçün, bilərəkdən, bazar qiymətindən dəfələrlə az, 31.915.732 dollar dəyər müəyyən edildiyi, alıcı şirkətlə əlbir hərəkət edilərək zərərə uğradıldığı qeyd olunur. Ərizədə “Palmali”yə hissə transferi üçün heç bir ödənişin olmadığı də bildirilir.


https://www.haberturk.com/mansimov-marina-ve-otelini-geri-alma-davasi-acti-1654842-ekonomi
2017-ci ildə Palmali Otel İşletmeleri Yatırım Turizm Limited şirkətinin adı BYP Otel İşletmeleri Yatırım Turizm Limited şirkəti olaraq dəyişdirildi. 2018-ci ildə “Palmarina” adı “Yalıkavak Marina” olaraq dəyişdirildi.
http://www.turksail.com/genel-haberler/15857-palmarina-kapal-devre-el-degistirdi
https://www.birgun.net/haber/mehmet-agar-in-vekil-oglunun-15-sirkette-ortakligi-cikti-237495
Tolqa Ağar 2018-ci ilin Parlament seçkilərində Türkiyənin Elazığ şəhərindən AKP millət vəkili seçildi.
https://www.internethaber.com/agarin-oglu-tolga-agar-milletvekili-secildi-elazig-milletvekilleri-1883170h.htm
Türkiyə ticarət reyestrinə görə, millət vəkili seçilən Tolqa Ağar, 2018-ci ilin avqustunda Bodrum Yalıkavak Turizm və Yat Limanı Yatırımları və Ticarət Anonim Şirkətində Müşahidə Şurasının sədri vəzifəsindən istefa edərək yerinə atası Mehmet Ağar seçilib.
https://www.ticaretsicil.gov.tr/tmp_gazete/52306f34-cf52-11e9-9262-48df373f5970.pdf
Mehmet Ağar kimdir?
Mehmet Ağar 1993-1995-ci illərdə Türkiyə Baş Polis İdarəsi rəisi vəzifəsində işləyib. 1996-cı ildə isə qısa müddətlik daxili işlər naziri və ədliyyə naziri postlarını tutub.

https://tr.wikipedia.org/wiki/Mehmet_A%C4%9Far
1995-ci ilin martında Azərbaycanda Heydər Əliyev hakimiyyətinə qarşı dövlət çevrilişinə cəhdin sifarişçiləri və təşkilatçıları arasında Mehmet Ağarın adı hallanırdı. Belə ki, 1994-cü ilin dekabrında Türkiyə Baş Polis İdarəsinin tabeçiliyində fəaliyyət göstərən Xüsusi Təyinatlı Qüvvələr İdarəsinin rəhbəri İbrahim Şahin və Baş Polis İdarəsi rəisinin müşaviri Korkut Eken, Mehmet Ağarın təlimatı ilə, Azərbaycana səfər edib Xüsusi Təyinatlı Polis Dəstəsinin rəhbəri Rövşən Cavadov ilə görüşmüşdü. Bu səfərdən 3 ay sonra isə Heydər Əliyev hakimiyyətinə qarşı Rövşən Cavadovun başçılığı ilə dövlət çevrilişinə cəhd baş verdi. Türkiyə Baş Polis İdarəsinin rəisi Mehmet Ağarın himayəsində qanunsuz qruplaşmanın Azərbaycanda dövlət çevrilişi planını öyrənən Türkiyə Prezidenti Süleyman Dəmirəl, Heydər Əliyevə zəng edərək onu bu plandan xəbərdar etmişdi. Azərbaycanda dövlət çevrilişinə cəhdin qarşısı alındı. Vətəndaş müharibəsi təhlükəsi yaradan həmin hadisələrdə çoxlu sayda azərbaycanlı polis əməkdaşı həlak oldu. Aparılan istintaq zamanı dövlət çevrilişinə cəhd edən OMON-çulara, Mehmet Ağarın himayə etdiyi silahlı qruplaşmanın üzvləri Abdullah Çatlı, Ayhan Çarkın və digərlərinin təlim keçdiyi məlum olmuşdu. Bu qruplaşma tərəfindən eyni zamanda Türkiyədə çoxlu sayda cinayətlər törədildiyi, minlərlə ziyalının, iş insanın qətlə yetirildiyi, narkotika qaçalmalçılığı cinayətlərinin törədildiyi ortaya çıxmışdır. Qeyd edək ki, Heydər Əliyev hakimiyyətinə və xalqımıza qarşı 1995-ci ildə törədilmiş dövlət çevrilişinə cəhdin Türkiyədəki təşkilatçıları bugünə qədər məsuliyyətə cəlb olunmayıb.


https://www.hurriyet.com.tr/gundem/darbede-kilit-isimler-39006644
https://web.archive.org/web/20090703082049/https://www.evrensel.net/06/11/04/gundem.html
https://az.wikipedia.org/wiki/1995_Az%C9%99rbaycanda_d%C3%B6vl%C9%99t_%C3%A7evrili%C5%9Fin%C9%99_c%C9%99hd
https://www.milliyet.com.tr/siyaset/yilmazin-cantasindaki-itiraflar-5261016
Qeyd edək ki, Mehmet Ağar Türkiyənin Baş Polis (Emniyet) İdarəsinin rəisi və daxili işlər naziri olduğu dövrdə Türkiyədə 1990-cı illərdə törədilən yüzlərlə açılmamış cinayətə və qanunsuz silahlı qruplaşmaları himayə etdiyinə görə mühakimə olundu və 1996-cı ildə baş verən Susurluk cinayətində məsuliyyəti sübuta yetirilərək 2011-ci ildə 5 il iş verildi. Ancaq onun Quşadası yaxınlığındakı həbsxanada keçirdiyi müddətdə məhkumlar təmir bəhanəsi ilə başqa cəzaçəkmə müəssisələrinə göndərildi. Azərbaycanda fəlakət ssenarisi yazan və dövlət çevrilişinin təşkilatçısı olan Mehmet Ağar məhkumlardan boşaldılmış otel kimi hazırlanan cəzaçəkmə müəssisəsində, Susurluq cinayətində məsuliyyətinə görə, cəmi 1 il 4 gün məhkumluq həyatı keçirdi.
http://www.aksam.com.tr/siyaset/mehmet-agarin-369-gunluk-cezaevi-macerasi/haber-200924