Buzovnada çirkab suları dənizə axıdılır: Sakinlər şikayət edir, rəsmi qurumlar maraqlanmır – FOTO/VİDEO

330

Buzovnada çirkab suları dənizə axıdılır. 

Bu barədə məlumatı Oxu.Az-a qəsəbə sakinləri verib. 

Şikayətçilər bildirir ki, dəfələrlə aidiyyəti qurumlara  müraciət olunsa da, problem öz həllini tapmayıb. 

“Əhali gəlir oturur, dincələ bilmirlər, qapqara su gəlir, çimmək də mümkün deyil. Hər bir saatdan bir bu çirkab suları dənizə axır.

Nəzərə almaq lazımdır ki, burda uşaqlar da çimir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, İcra Hakimiyyətinə, qəsəbə nümayəndəliyinə müraciət etmişik, baxan yoxdur. Bir müddət öncə Ekologiya Nazirliyindən həmin ərazidən analiz götürülüb, amma heç bir nəticəsi yoxdur”. 

Nəzərə alsaq ki, dəniz mövsümünün açılmasına sayılı günlər qalır, ümid edək ki, problemin həlli aidiyyatı qurumları da narahat edəcək.

Mövzu diqqətimizdədir.

https://www.instagram.com/p/CPfgND6BW0N/embed/captioned/?cr=1&v=13&wp=540&rd=https%3A%2F%2Foxu.az&rp=%2Fsociety%2F498722#%7B%22ci%22%3A0%2C%22os%22%3A1661.4599999993516%2C%22ls%22%3A1181.720000000496%2C%22le%22%3A1416.0999999985506%7D

Almaz Qasımova