İndoneziyada göyərtəsində 200 nəfərin olduğu bərədə yanğın baş verib

286

İndoneziya sahilərində göyərtəsində 200 nəfərin olduğu bərədə yanğın baş verib.

Trend-in “Sinxua”ya istinadən verdiyi məlumata görə, insident səhər saatlarında Şimali Maluku əyalətinin sahillərində qeydə alınıb.

Məlumata əsasən, bərədə olan insanların hamısı xilas edilib və yaxınlıqdakı adaya çatdırılıblar, yanğının qarşısı alınıb.

Bildirilir ki, insanların təxliyyəsində axtarış-xilasetmə xidmətinin əməkdaşları və könüllülər iştirak edib.