Gürcüstanda “Kür çayının mühafizəsi Günü” qeyd olunur

295

Bu gün Gürcüstanda “Kür çayının (Mitkvari) mühafizəsi Günü” qeyd olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühit üzrə Milli Agentliyindən məlumat verilib. Bildirilib ki, Gürcüstanda “Kür çayının mühafizəsi günü” 1999-cu ildə təsis olunub.

Gürcüstanda Kür çayı hövzəsində suyun keyfiyyətinə mütəmadi nəzarət həyata keçirilir.

Agentlik əməkdaşları Kürün Tbilisinin mərkəzindən keçən hissəsindən hər ay 15 məntəqədən, hər üç ayda bir dəfə isə 34 məntəqədən su nümunələri götürürlər. Götürülən nümunələr laboratoriyada müayinə olunur.

Son yoxlamaların nəticələri bir neçə gündən sonra açıqlanacaq və bundan sonra müvafiq tədbirlər də görüləcək.

Qeyd olunub ki, Kür Gürcüstanın ən əsas çayıdır. Ölkədə Kür çayı hövzəsində suyun keyfiyyətinə mütəmadi nəzarət həyata keçirilir.