“Lukoyl” neft qiymətləri barədə proqnozunu açıqlayıb

231

“Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov ortamüddətli neft qiymətlərinin 50 dollar/barel olacağını proqnozlaşdırır.

Trend-in məlumatına görə, o, bunu Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində deyib.

O, həmçinin 2022-ci ildə qlobal neft bazarının 100 milyon barel istehlak həcminə çatacağına ümid etdiklərini bildirib.

Onun sözlərinə görə, “Lukoyl” ümumilikdə neft bazarında konyunkturun yaxşılaşması tendensiyasını müşahidə edir.