Rusiya şirkəti Xəzərdə “Dostluq” yatağının – Operatoru Olmaq İstəyir

218

Lukoil” şirkəti Xəzər dənizindəki “Dostluq” yatağının operatoru olmaq istəyir.

FED.az xəbər verir ki, bu sözləri “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda jurnalistlərə açıqlamasında söyləyib.

“Dostluq”la bağlı məsləhətləşmələr aparılır, hökumətlərarası razılaşma hazırlanır. Biz operator olmaq istəyirik, nə qədər paya sahib olacağımızı isə hələ bilmirik”, – deyə Vahid Ələkbərov bildirib.

Mütəxəssislərin fikrincə, “Dostluq”un 50 milyon ton neft ehtiyatları var.

Qeyd edək ki, Azərbaycan və Türkmənistan Xəzərdə yerləşən “Dostluq” yatağının birlikdə işlədilməsi haqqında razılığa gəliblər.

(İnterfax)