BTC ilə bir neçə ölkənin nefti nəql olunur – Baş nazirin müavini

239

Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə təkcə Azərbaycan nefti deyil, həm də Rusiya, Qazaxıstan və Türkmənistan nefti nəql olunur.

Trend-in məlumatına görə, bunu baş nazirin müavini Şahin Mustafayev Peterburq beynəlxalq iqtisadi forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycan Qazaxıstanla və Mərkəzi Asiyanın digər ölkələri iıə sıx əməkdaşlıq edir:

“Bizim dəniz yolu ilə Kurık və Aktau limanları ilə əlaqəmiz var və biz Xəzər dənizinin sahilində müasir liman, eləcə də vacib əhəmiyyət daşıyan Bakı-Tbilisi-Qars dəmiryol xəttini tikmişik. Bu maşrut, Rusiya, Azərbaycan və Gürcüstanın dəmir yollarını Türkiyənin dəmir yolları ilə əlaqələndirir və Aralıq dənizinə birbaşa çıxışı təmin edir. Bu gün biz Aralıq dənizi istiqamətində Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Rusiyanın yük axını həcmlərinin artımını müşahidə edirik”.