Dənizçilər üçün çoxvalyutalı elektron cüzdan yaradılıb

424

Bernhard Schulte Shipmanagement (BSM) şirkətinin yaratdığı elektron cüzdanda şəxsi plastik kartı da qeydiyyata almaq olar.

“Seanews.az” xəbər verir ki, dənizçilər bu sistem vasitəsilə gəmilərdə nağd istifadəni azaltmaqla yanaşı, mobil cihazlar vasitəsilə dünyanın hər yerindən pul köçürmək imkanı əldə edəcəklər.

Bundan əlavə, heyət üzvləri bu sistem vasitəsilə pul ala və göndərə, valyuta dəyişə və dünyanın əksər bankomatlarından nağd pul götürə biləcəklər.

“BSM NiumPay” adlanan sistem 10 gəmidə sınaqdan keçib. Şirkət sözügedən ödəniş platformasının geniş yayılmasına hazırlaşır.