Energetika naziri : “İGB-nin inşaat işləri ilin sonuna qədər yekunlaşacaq”

257

“Azərbaycana məxsus təbii qazı Bolqarıstana ötürəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (İnterconnector Greece – Bulgaria: IGB) tikinti işləri yaxşı bir templə davam edir. Gözlənilir ki, tikinti 2021-ci ilin sonuna qədər razılaşdırılmış müddətdə başa çatdırılacaq”.

“Report” İGB Konsorsiumunun rəsmi məlumatına istinadən xəbər verir kimi, bunu Bolqarıstanın energetika naziri vəzifəsini icra edən Andrey Jivkov boru kəmərinin Bolqarıstan-Yunanıstan sərhədində yerləşən Lozenqratsı kəndində aparılan inşaat işləri ilə tanışlığı zamanı bildirib.

Onun sözlərinə görə, sərhəd bölgəsində yerləşən Lozengradtsı kəndindən keçən boru kəmərinin hissəsi, ümumi uzunluğu 182 km olan bütün boru kəməri marşrutun ən çətin və mürəkkəb hissəsidir. Sərt geologiya, dik dağ yamacları və sıx meşə sahələri IGB marşrutunun mürəkkəb hissəsində işi uğurla başa çatdırmaq üçün inşaat qruplarının çox qısa zamanda yerinə yetirməli olduqları təbii problemlərdən yalnız bir neçəsidir. Podratçı naziri əmin edib ki, o, bu tip dağlıq ərazilər üçün uyğun tikintinin aparılması üçün ən yaxşı qaynaq qruplarını, çoxlu sayda xüsusi ağır texnikanı və bu sahədə uzun illər təcrübəsi olan mütəxəssis idarəetmə heyətini səfərbər edib.

Belə ki, bu günə qədər birləşdirici marşrut tamamilə təmizlənib, çatdırılan boruların 90 %-dən çoxu gələcək fəaliyyətlərə hazırlamaq üçün sahələrə yerləşdirilib. IGB-nin bütün 182 kilometrlik yolunun qaynaqlanmasına 30 km-dən az qalır. Mürəkkəb coğrafi ərazi nəzərə alınmaqla qaynaq prosesi əla sürətlə davam edir.

Xatırladaq ki, interkonnektorun inşası üçün müqavilə 2019-cu ilin son rübündə imzalanıb. Ancaq bütün dünyanı bürümüş koronavirus (COVID-19) pandemiyasının yayılmasına səbəb olaraq əsas tikintinin həyata keçirilməsinin daha yavaş tempinə aparıldığından müqavilənin müddəti uzadılıb və inşaat işlərinin tamamlanması 2021-ci ilin sonuna təyin edilib.

Belə ki, tikinti işləri uğurla başa çatdıqdan sonra kommersiya istismarına başlamazdan əvvəl bütün qanuni prosedurlar, lisenziyaların verilməsi, qaz boru kəmərinin sınanması və sertifikatlaşdırılması üçün 4-6 ay müddət tələb olunur. IGB-nin kommersiya əməliyyatının 2022-ci il iyulun 1-dən gec olmayaraq baş tutacağı nəzərdə tutulur.

Qeyd edək ki, ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 151 kilometri Bolqarıstan ərazisindən, 31 kilometri isə Yunanıstandan keçəcək. Kəmərin illik ötürücülük gücü 3 milyard kubmetr həcmində nəzərdə tutulur, ancaq tələb olduğu halda illik həcm 5 milyard kubmetrə qədər artırıla bilər. Boru xətti Komotinidən (Şimal-Şərqi Yunanıstan) Kürdcali, Haskovo və Dimitrovqraddan Stara Zagoraya (Cənub-Şərqi Bolqarıstan) keçir.

Xatırladaq ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir