Azərbaycan bu il Türkiyədən Qara dəniz qızılbalığının əsas idxalçılarından olub

210

Bu ilin yanvar-may aylarında Türkiyə 39 ölkəyə dəyəri 113,5 mln. ABŞ dolları dəyərində 22,7 min tondan çox Qara dəniz qızılbalığı ixrac edib.

“APA-Economics”in məlumatına görə, bu barədə “Anadolu” agentliyi Türkiyənin Şərqi Qara Dəniz Bölgəsi İxracatçılar Birliyinə istinadən xəbər verir.

Məlumata görə, 2020-ci ilin eyni dövrü ilə müqayisədə Türkiyədən Qara dəniz qızılbalığı ixracının həcmi 128%, dəyəri isə 116% artıb.

Məhsul əsasən Rusiya, Almaniya və Vyetnama tədarük edilib. Belə ki, yanvar-mayda Rusiyaya 68,3 mln. dollar dəyərində 14 min ton, Almaniyaya 26,6 mln. dollar dəyərində, Vyetnama isə dəyəri 5 mln. dollara yaxın Qara dəniz qızılbalığı ixrac edilib.

Ötən ilin ilk beş ayından fərqli olaraq, bu ilin yanvar-mayında Qara dəniz qızılbalığı İspaniya, Belarus, Azərbaycan (Naxçıvan), Əlcəzair, İordaniya və İsveçə ixrac edilib.