Norveçdə üzən külək turbinləri şəbəkəsi yaradılıb

224

Norveç şirkəti “Wind Catching Systems” ən böyük üzən külək turbinləri sistemi yaradıb. Sistem, gəminin göyərtəsində yığıla bilən bir çox fərdi komponentdən ibarətdir.

“Seanews.az” xəbər verir ki, turbin okean dibinə bərkidilmiş platformanın üzərində quraşdırılıb.

Sistemi yaradan şirkətin verdiyi məlumata görə, sözügedən sistem adi dəniz külək generatorundan daha səmərəlidir və 80 min ev üçün enerji istehsal edə bilər.

Yeni sistemin texniki sınaqları bu il ərzində tamamlanacaq. Turbinlərin ticari istismarına isə 2023-cü ilə qədər başlamaq planlaşdırılır. Üzən külək turbininin istismar müddəti 50 il olacaq və servis xidməti ənənəvi üzən külək turbinindən xeyli ucuz olacaq.

Üzən külək turbinlərinin Şimal dənizindəki, ABŞ-ın qərb sahillərindəki və Asiyadakı böyük layihələrdə istifadə ediləcəyi gözlənilir.