70 illik yubileyini qeyd edən veteran dənizçi evində ziyarət olunub – FOTO+VİDEO

242

Bu gün veteran dənizçi, təcrübəli gəmi kapitanı, uzun illər ASCO-nun Xəzər Dəniz Neft Donanmasının müxtəlif gəmilərində işləyən Səməd Əzimov 70 illik yubileyini qeyd edir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Sosial inkişaf və nəqliyyat şöbəsinin və Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları yubiliyara evində baş çəkib, onu doğum günü münasibətilə təbrik ediblər.

Ziyarət zamanı Səməd Əzimovun gəmiçilik sahəsindəki xidmətləri xatırlanıb, onun 41 illik dənizçilik fəaliyyətinin gənc nəslə örnək olduğu bildirilib.

Həmkarları ona ASCO-nun sədri Rauf Vəliyev başda olmaqla, bütün dənizçilərin salamlarını və xoş sözlərini çatdırıb, cansağlığı, uzun ömür arzulayıblar.

Səməd Əzimov öz növbəsində ASCO ailəsinin qədirbilənliyinin ona yüksək əhval-ruhiyyə bəxş etdiyini söyləyib. Qocaman dənizçi bildirib ki, təqaüdə çıxamağına baxmayaraq, özünü yenə də dənizçilər ailəsinin ayrılmaz üzvü hesab edir.

ASCO-nun İctiamiyyətlə əlaqələr departamenti “Dənizçi ömrü” layihəsi çərçivəsində təcrübəli kapitan barədə video hazırlayıb. Həmin videonu təqdim edirik.