Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Bakı Limanı ilə əməkdaşlıqda «Avtoyükləyici operator» təliminə ərizə qəbulunu elan edir

244

Bakı Limanı ilə əməkdaşlıqda «Avtoyükləyici operator» təliminə ərizə qəbulunu elan edir.

Təlim müddətində iştirakçılara avtoyükləyicinin quruluşu, mexanizmləri, sistem və aqreqatlarının iş prinsipləri öyrədiləcək.

Təlimin nəzəri hissəsi Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, praktiki hissəsi isə Bakı Limanında təşkil ediləcəkdir.

İştirak üçün əsas meyar: minimum B kateqoriyası sürücülük vəsiqəsinin olması

Təlim müddəti: 7 gün

Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim olunacaq.

Seçilmiş namizədlər təlim ödənişindən azad ediləcəklər.

Müraciətləri 23 iyun, 2021-ci il tarixinədək aşağıdakı linkə keçid edərək göndərə bilərsiniz:

https://forms.office.com/r/MAYsmjjuPB