Dünya limanlarında 300-dən çox konteyner gəmisi boş durub

476

Dünyanın bir çox limanlarında və lövbər dayancaqlarında 300-dən çox konteyner gəmisi boş durub. 

“Seanews.az” xəbər verir ki, yaranmış vəziyyət müxtəlif səbəblərlə izah olunur.

“Seaexplorer” platformasının məlumatına görə, yaranmış böhranın təsiri bütün dünyada hiss olunur. 

Dəniz logistika şirkəti “Kuehne + Nagel”in açıqlamasında bildirilir ki, əvvəllər olduğu kimi yükləri və daşımaları vaxtında çatdırmaq mümkün deyil. Bu, bilavasitə istehlakçı tələbatının artması ilə bağlıdır. Şirkətin vitse-prezidenti Otto Şaht yükdaşıma şirkətlərinə ehtiyatlarını artırılmasını tövsiyə edir.

“Vespucci Maritime” konsaltinq şirkəti limanlarda tıxac yarandığından dünya üzrə yüzlərlə konteyner gəmisinin boş qalmasının böyük maliyyə itkisinə gətirib çıxaracağını proqnozlaşdırır.

“Sea-İntelligence” şirkəti  bu vəziyyətin cari ilin sonuna qədər davam edəcəyini proqnozlaşdırır. 

Daha bir konsaltinq şirkəti “Drewry” isə mövcud vəziyyəti bilavasitə qlobal pandemiya şəraiti ilə əlaqələndirir.