Azərbaycan və Ukrayna neft-qaz layihələrinə birgə investisiyalar yatıracaq

737

Bu gün enerji sahəsində əməkdaşlıq üzrə Ukrayna-Azərbaycan işçi qrupunun 4-cü iclası videokonfrans formatında baş tutub.

Bu barədə “Report”a Ukraynanın Azərbaycandakı Səfirliyindən məlumat verilib.

İclas Ukrayna energetika nazirinin müavini Yaroslav Demçenkonun və Azərbaycan energetika nazirinin müavini Kamal Abbasovanın sədrliyi ilə keçirilib.
Tərəflər Ukrayna-Azərbaycan energetika sahəsində əməkdaşlığının inkişafı ilə bağlı məsələlərdə ikitərəfli əməkdaşlıq və anlaşma səviyyəsini yüksək qiymətləndirdilər. Gələcək əməkdaşlıq istiqamətləri müəyyən edilib. Görüş zamanı bir sıra məsələlərlə barədə razılaşmalar əldə edilib.

Razılamalar əsasən neft nəqliyyatı sahəsində layihələrin icrası çərçivəsində qarşılıqlı əlaqələrin davam etdirilməsi, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı fəaliyyətinin şaxələndirilməsi və Azərbaycan şirkətinin neft bazarında iştirakının artırılması, neft və qaz sənayesində investisiya layihələrinin birgə həyata keçirilməsi, “yaşıl enerji”nin inkişaf etdirilməsi kontekstində təcrübə mübadiləsi, enerji bazarlarını tənzimləyən effektiv mexanizmlərin tətbiqi və enerji səmərəliliyi və enerjiyə qənaət sahəsində əməkdaşlığın inkişafı ilə bağlı olub.

İşçi qrupunun növbəti iclasının 2022-ci ildə keçirilməsi razılaşdırılıb.