İstanbulda gəmi ilə qayıq toqquşub, ölənlər və yaralı var – FOTO

250

Türkiyənin İstanbul şəhərinin “Yavuz Sultan Səlim” körpüsü altında gəmi ilə balıqçı qayığı toqquşub.

Bu barədə “Report” “Habertürk”ə istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə zamanı qayıqda olan 2 balıqçı həlak olub, daha 1 nəfər yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə xilasedicilər cəlb edilib.