Höteborq limanında uzun fasilədən sonra kruiz gəmisi sərnişin qəbul edib

244

İyunun 18-də uzun fasilədən sonra İsveçin Höteborq limanında “AİDAsol” adlı kruiz gəmisi 700 sərnişin qəbul edib.

“Seanews.az” xəbər verir ki, turistlərin şəhərdə təkbaşına gəzməsinə icazə verilmir, lakin mütəşəkkil qrupların tərkibində onlara ekskursiyalar təklif olunur.

Sahilə çıxan sərnişinlər koronavirus analizinin mənfi nəticəsini təqdim etməlidirlər. Testlər gəmidə də edilə bilər.

Bir həftə əvvəl digər bir kruiz gəmisi adıçəkilən limana yan almışdı. Lakin limana enmək qadağan olunduğundan sərnişinlər yalnız gəmidən şəhərə baxa bilmişdilər.

Cari ilin kruiz mövsümü zamanı Höteborq limanına ümumilikdə 60 ədəd kruiz gəmisinin buraxılışı planlaşdırılır.