İdarəetmə pultu vasitəsilə hərəkət edən avtonom yedək gəmisi – VİDEO

308

“ABB” şirkəti Sinqapurun “Keppel Offshore & Marine” (Keppel O&M) gəmiqayırma zavodu ilə birlikdə, Cənubi Asiyada ilk dəfə olaraq idarəetmə pultu ilə yedək gəmisinin uzaqdan idarə edilməsinin uğurla sınaqdan keçiriblər.

“Seanews.az” xəbər verir ki, sınaq üzüşü Sinqapur limanında, avtonom gəmilərin hərəkəti üçün əlverişsiz olan məkanda həyata keçirilib.

Məlumata görə, mövcud layihənin icrası üçün adı çəkilən şirkətlər 2019-cu ildə müqavilə imzalayıb. Gəminin ilk qapalı sınaq üzüşləri cari ilin aprelində keçirilib.

“ABB” şirkəti, özünün “ABB Ability Marine Pilot” dəniz rəqəmsal və avtonom məhsullar layihəsi çərçivəsində sözügedən gəmini layihələndirib.

Avtonom idarəetmə sistemi, uzunluğu 32 metr olan liman yedək gəmisində quraşdırılıb.

Layihə Sinqapur Dəniz və Liman administrasiyası tərəfindən maliyyələşdirilir