ZGTTZ-nin Vətən müharibəsində iştirak edən əməkdaşı Elşən Əlisultanov – VIDEO

292

2020-ci ilin Vətən müharibəsi Azərbaycan tarixinin ən şərəfli və unudlmaz hadisəsi kimi əbədi yaddaşlarda qalacaq. Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə layiq olduğu yerini göstərən müzəffər ordumuzun igidləri isə bu tarixi yazan qəhrəmanlarımızdır.  

Qürur hissi ilə deyə bilərik ki, qalib ordunun sıralarında ASCO ailəsinin üzvləri də olub.  44 günlük Vətən müharibəsində əldə olunan Böyük Qələbə ilə bağlı təəssüratlarını bölüşən həmkarımız ASCO-nun “Zığ” Gəmi Təmiri Zavodunun əməkdaşı Elşən Əlisultanov deyir ki, igid oğullarımızın hamısı müharibə vaxtı ön cəbhəyə döyüşə qatılmağa can atırdılar.

seanews.az